Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Rekord.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilib.

Püşkatmada Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi məlum olub. Ağdam klubu Çempionlar yolunda səpələnmişlər səbətində yer alıb.

Azərbaycan çempionu 3-cü təsnifat mərhələsində üz-üzə gələcək “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə görüşəcək. “Qarabağ”ın potensial rəqibləri sentyabrın 24-də qarşılaşacaq.

Avropa Liqası
Pley-off mərhələsi
Çempionlar Yolu

Legiya (Polşa)/Drita (Kosovo) cütünün qalibi – Qarabağ (Azərbaycan)