"Qarabağ"ın oyununa bilet satışı başladı
- 16:20
- 45
"Qarabağ" Premyer Liqanın 9-cu turunda "Şamaxı" ilə qarşılaşacaq.
Rekord.az xəbər verir ki, bazar günü baş tutacaq matça bilet satışı bu gün saat 12:00-dan etibarən başlayıb.
"iTicket.az"-da onlayn satış ilə yanaşı, oyun günü həm də “Azərsun Arena”nın kassasından bilet əldə etmək mümkündür.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Oktyabrın 26-da "Azərsun Arena"da keçiriləcək “Qarabağ” – “Şamaxı” oyununa saat 18:30-da start veriləcək.