“Qarabağ”ın oyunu üçün biletlər satışa çıxarılır
- 18:40
- 29
Mayın 16-da Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “İmişli” oyununun biletləri satışa çıxarılır.
Rekord.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 15:00-dan etibarən əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir və 5-20 manat aralığındadır.
Biletlər bu gün saat 15:00-dan etibarən “iTicket.az”-da da onlayn satışda olacaq.
Qeyd: Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.