“Qarabağ"ın ÇSKA ilə oyunlarını idarə edəcək hakimlər açıqlandı
- 17:00
- 29
"Qarabağ"ın UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bolqarıstan təmsilçisi ÇSKA (Sofiya) komandasına qarşı keçirəcəyi hər iki oyunun hakim təyinatları müəyyənləşib.
Rekord.az xəbər verir ki, Bakıdakı matçı italiyalı Daniele Çiffi idarə edəcək.
Ona həmyerliləri Ciovanni Baççini və Alessandro Lo Çiçero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR-da Valerio Marini, AVAR-da Federiko La Penna fəaliyyət göstərəcək.
Səfərdəki görüşdə belçikalı FIFA referisi Bram Van Drişşe söz sahibi olacaq. Mişel Seldreyers və İv De Neve yan xətt hakimi kimi təyinat alıblar. Kevin Van Damme dördüncü hakim fuknsiyasını yerinə yetirəcək. VAR-da Bert Put, AVAR-da Vesli De Kremer yer alacaq.
Xatırladaq ki, "Qarabağ" - ÇSKA oyunu iyulun 23-də, cavab matçı iyulun 30-da səfərdə keçiriləcək.