“Qarabağ” bu il Azərbaycan Premyer Liqasında qızıl medallar qazana bilmədi. Bununla da ağdamlılar növbəti mövsümdə ÇL-də mübarizə aparmaq şansını itirdi. Maraqlıdır, bu mövsüm Çempionlar Liqasının liqa (əsas, qrup) mərhələsində oynamış komandalar hazırda öz liqalarında hansı durumdadırlar? “Rekord.az” bu gün - 12 may tarixinə olan vəziyyəti təqdim edir:


1. “Arsenal” – çempion olma ehtimalı var.

2. “Bavariya” – çempion oldu.

3. “Liverpul” – 4-cüdür, ÇL zonasındadır.

4. “Tottenhem” – 17-cidir, elitadan düşmək üzrədir.

5. “Barselona” – çempion oldu

6. “Çelsi” – 9-cudur, ÇL-də olmayacaq.

7. “Sportinq” – 2-cidir, ÇL-in təsnifatında olma ehtimalı çoxdur.

8. “Mançester Siti” – çempion olma ehtimalı var.

9. “Real” M – 2-ci oldu

10. “İnter” – çempion oldu

11. PSJ – çempion əsas namizəddir.

12. “Nyukasl” – 13-cü pillədədir, heç bir avrokuboka getməyəcək.

13. “Yuventus” – 3-cüdür, böyük ehtimalla ÇL-də olacaq.

14. “Atletiko” – 4-cü oldu, ÇL-də olacaq

15. “Atalanta” – 7-cidir, ÇL-də olmayacaq.

16. “Bayer” – 6-cıdır, ÇL-də olmaq şansı var.

17. “Borussiya” – 2-ci oldu, ÇL-də olacaq.

18. “Olimpiakos” – 2-cidir, çempionluq yarışındadır.

19. “Brügge” – Çempionluq yarışındadır.

20. “Qalatasaray” – çempion oldu

21. “Monako” – 7-cidir, ÇL-də olmayacaq.

22. “Qarabağ” – məlumdur.

23. “Bodo Qlimt” – 2-ci oldu, ÇL-in təsnifatında olacaq.

24. “Benfika” – 3-cüdür, ÇL-də olmama ehtimalı böyükdür.

25. “Marsel” – 6-cıdır, ÇL-də olmama ehtimalı çoxdur.

26. “Pafos” – 4-cü pillədədir, çempionluq şansını itirib.

27. “Union St Jiluaz” – 2-ci pillədədir, çempionluq yarışındadır

28. PSV – çempion oldu

29. “Atletik” – 9-cu pillədədir, ÇL-də olmayacaq

30. “Napoli” – 2-ci pillədədir, ÇL-də olacaq.

31. “Kopenhagen” – çempion oldu

32. “Ayaks” – 5-ci pillədədir, ÇL-də olmama ehtimalı böyükdür.

33. “Ayntraxt” – 8-ci pillədədir, ÇL-də olmayacaq.

34. “Slaviya” – çempion oldu

35. “Vilyareal” – 3-cü pillədədir, ÇL-də olacaq.

36. “Kayrat” – çempion oldu.