“Qarabağ”dan “Çelsi” ilə məhsuldar heç-heçə!
- 05 Noy 2025 23:40
- 47
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 4-cü turu çərçivəsində “Çelsi” ilə qarşılaşıb.
Tərəflər Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəliblər. Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edib.
Xatırladaq ki, hər iki komanda əvvəlki turlarda 2 qələbə qazanıb, 1 məğlubiyyət yaşamışdı. Hər iki komandanın hesabında 6 xalı vardı. “Çelsi” 13-cü, “Qarabağ” 14-cü pillədə qərarlaşmışdı.
Dörd qolun qeydə alındığı bu komandaların görüşündə isə qalib müəyyənləşməyib - 2:2. Beləcə, Azərbaycan çempionu çox güclü rəqibindən xal almağı bacarıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 4-cü tur
5 noyabr
“Qarabağ” - “Çelsi” 2:2
Qollar: Leandro Andrade, 29. Marko Yankoviç, 39-pen – Estevan, 16. Alexandro Qarnaço, 53.
Hakimlər: Sebastyan Qişamer, Roland Ridel, Santino Şrayner, Valter Altmann (Avstriya).
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Çelsi: 1. Robert Sançes, 3. Mark Kukurelya, 4. Tosin Adarabioyo, 11. Ceymi Gittens, 17. Andrey Santos, 20. Juan Pedro, 21. Jorrel Hato, 24. Ris Ceyms (k), 32. Tayrik Corc, 41. Estevan, 45. Romeo Laviya.
Ehtiyat oyunçular: 12. Filip Yorgensen, 50. Maks Merrik, 8. Entso Fernandes, 9. Liam Delap, 23. Trevo Çaloba, 25. Moyzes Kaysedo, 27. Malo Qusto, 29. Uelsi Fofana, 34. Coşua Açimponq, 38. Mark Qiu, 40. Fakundo Buonanotte, 49. Alexandro Qarnaço.
Baş məşqçi: Entso Mareska.