“Qarabağ”dan azarkeşlərə müraciət
- 13:00
- 31
“Qarabağ” “Vestri” ilə oyunda komandanı İslandiyada dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
Rekord.az xəbər verir ki, klubun yaydığı açıqlamada bildirilib:
“UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Vestri” (İslandiya) - “Qarabağ” FK matçını "Thróttarvöllur"da komandamızı dəstəkləmək istəyən azarkeşlərimiz oyun günü matçın start fitindən 1 saat öncə stadionun "Away" sektorunun girişinin qarşısında biletlərin əldə edə bilərlər.
Biletlərin qiyməti 21 avrodur və bilet satışı yalnız nağd ödəniş üsulu ilə həyata keçiriləcək.
Bilet əldə etmək istəyən şəxslərdən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun”.
Qeyd edək ki, "Vestri" - "Qarabağ" oyunu yerli vaxtla iyulun 16-ı saat 20:00-da, Bakı vaxtı ilə iyulun 17-si saat 00:00-da start götürəcək.