"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları matçı belə şərh edib:


“Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, ikinci hissənin ilk 10 dəqiqəsində 2 qol buraxdıq. "Qarabağ" kimi komandaya qarşı oynamaq çətindir. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram. Əvəzetmələr "Qarabağ"ın oyununu çox gücləndirdi. İkinci hissənin müəyyən qismində istədik ki, hesabı qoruyaq. Bu, bizə bir az mane oldu. Amma "Qarabağ"ın haqqını vermək lazımdır. Yaxşı oynadılar”.