ÇSKA (Sofiya, Bolqarıstan) "Qarabağ"a qarşı hücum futbolu oynayacaq.


Rekord.az xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin futbolçusu Joel Zvartz "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.


O, ilk matçdan sərfəli nəticə ilə ayrıımaq istədiklərini bildirib:


"Qarşılaşmaya ciddi hazırlaşmışıq, özümü yaxşı hiss edirəm. "Qarabağ"ın oyun üslubunu təxminən bilirik. Bu maçda hücum futbolu sərgiləmək istəyirik".


Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.