"Karvan-Yevlax"ın məşqçisi Füzuli Məmmədov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bunları söyləyib:


"Qarabağ"a qarşı matçlar hər zaman gərgin və çətin keçir. Futbolçularımız bu gün olduqca fədakar çıxış etdilər. Meydanda əzmkar "Karvan-Yevlax" gördük. "Qarabağ" komandasına qalib gəlmək çox çətindir. Azərbaycan Kubokunda mübarizəni başa vurduq. Artıq bütün diqqətimizi Misli Premyer Liqasının qarşılaşmalarına yönəldəcəyik".


"Qarabağ" - "Karvan-Yevlax" oyunu "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə bitib. Yevlax kollektivi 1/8 finalda mübarizəni dayandırıb.