"Napoli" "Qarabağ"la matçda daha çox qol vurmalı idi.


Rekord.az xəbər verir ki, bunu "Napoli"nin futbolçusu Skott Maktominey UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.


Ağdam təmsilçisinin qapısına ilk qolu vuran futbolçu qalib gəldikləri üçün sevincli olduqlarını bildirib:


"İlk dəqiqələr mənim üçün çətin oldu. Qarşılaşmanın əvvələrində çoxlu səhvlər etdik. İkinci hissədə daha yaxşı oynadıq, amma "Qarabağ"a daha çox qol vurmalı idik. Komandama kömək etmək üçün əlimdən gələni edirəm. Baş məşqçimizin məndən gözləntiləri böyükdür. Kollektivimizi təbrik edirəm. Çempionlar liqasının əsas mərhələsində növbəti qələbəmizi qazandıq. Azarkeşlərimiz, həqiqətən, möhtəşəm idilər".


Qeyd edək ki, "Napoli" - "Qarabağ" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.