“Qarabağ” xal itirdi, “Neftçi” qalib gəldi
- 20:30
- 46
Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.
Öncə, “Qəbələ” doğma meydanda “Neftçi” ilə qarşılaşıb. Paytaxt təmsilçisi bu oyunda inamlı qələbəyə sevinib. "Ağ-qaralar"ın yeni transferi Vensan Abubakar debüt matçında komandasının qələbəsinə 1 qol və 1 assistlə yardım edib.
Turun son matçında isə “Qarabağ” “Şamaxı”nı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.
Daha öncə keçirilmiş oyunlarda “Karvan” “Turan Tovuz”a (1:2), “Kəpəz” “İmişli”yə (0:3), “Sumqayıt” “Zirə”yə (0:1) uduzub, “Araz-Naxçıvan” – “Sabah” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.
Misli Premyer Liqası
9-cu tur
26 oktyabr
“Qəbələ” – “Neftçi” 0:2
Qollar: İfeanyi Metyu, 71. Vensan Abubakar, 81.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
VAR: Elçin Məsiyev.
Qəbələ şəhər stadionu, 16:00.
Qəbələ: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 42. Jondo Fuxs, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 3. Eduardo Kunde, 70. Paulo Kimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Sxadadze.
Neftçi: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 4. Elvin Camalov, 15. Elvin Bədəlov, 14. Edvin Kuç, 77. Falaye Sako, 24. Mustafa Sek, 5. İqor Ribeyro, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 17. Murad Xaçayev, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 45. Vensan Abubakar, 6. Sessi D Almeyda, 18. İfeanyi Metyu, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.
“Qarabağ” – “Şamaxı” 0:0
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev.
“Azərsun Arena”, 18:30.
Qarabağ: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borges, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.