"Qarabağ" heyətini gücləndirmək yolundakı fəaliyyətini davam etdirir.

Rekord.az-a daxil olan məlumata görə, fəaliyyət kifayət qədər məxfi aparılır və mətbuata məlumat sızdırılmır.

Bununla belə, müəyyən məlumatlar əldə edə bilmişik. Belə ki, Ağdam klubunun danışıq apardığı futbolçular sırasında braziliyaləı bir hücumçu da var. Karyerası ərzində Portuqaliyada da oynamış həmin futbolçunun "Santos"un yetirməsi olduğu deyilir. Futbolçu Çempionlar Liqasında oynamaq istəyir. Lakin maddi məsələni də arxa plana atmaq istəmir.