Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, Ağdam klubu “Azərsun Arena”da “Sabah”la qarşılaşıb.

Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilmiş yoxlama oyununda “Sabah” 2:1 hesablı əzmkar qələbə qazanmışdı. Bu dəfə isə Ağdam klubu hər hissədə bir qol vurmaqla inamlı qələbəyə sevinib.

Bu, “Sabah” toplanış çərçivəsində ilk məğlubiyyətidi. Sözügedən komanda “Qarabağ”la yanaşı “Sumqayıt”a (1:0), “Neftçi”yə (5:2), və “Qəbələ”yə (2:0) qalib gəlmişdi. “Qarabağ” isə iki dəfə “Keşlə”ni (3:1, 4:0), bir dəfə də “Neftçi”ni (1:0) məğlub etmişdi.

Yoxlama oyunu
11 avqust

Qarabağ - Sabah 2:0
Qol: Uroş Matiç, 31-pen. Mahir Emreli, 85.
Bakı. “Azərsun Arena” stadionu.