“Qarabağ” qış transfer pəncərəsində münasib hücumçu axtaracaq.

Rekord.az-a bununla bağlı məlumat daxil olub.

Qurban Qurbanov bu haqda düşünür. Lakin büdcə və futbolçunun şərtləri nəzərə alınacaq. Yəni həm oyun, həm də maddi cəhətdən münasib futbolçu olsa, transfer ediləcək. Əks halda hazırkı ön xətt oyunçuları ilə yola davam ediləcək. Son turlar da sübut etdi ki, “Qarabağ” üçün daxili arenada hücumçunun olub-olmamağı elə də böyük önəm daşımır.