Bu gün Ağdama səfər edən “Qarabağ” “İmarət” stadionunda olub.

Rekord.az xəbər verir ki, klub nümayəndələri və futbolçular stadionun ermənilər tərəfindən dağıdılmasına baxmayaraq, orada futbol oynayıblar.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də sözügedən yerdə olub və "Qarabağ" ilə birgə futbol oynayıb.

"Qarabağ"ın "İmarət"dəki görüntülərini təqdim edirik: