"Qarabağ" - "Ayaks" oyununu sloveniyalı hakim idarə edəcək
- 13:40
- 24
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun təyinatları bəlli olub.
Rekord.az xəbər verir ki, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona Yure Praprotnik və Qreqa Kordej kömək göstərəcək. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matey Yug, AVAR-da Alen Borosak əyləşəcək.
"Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.