"Qalatasaray" SOCAR-la müqaviləni pozmaq istəyir!
- 2024-09-13 16:30
- 198
"Qalatasaray" SOCAR-la müqaviləni pozmaq istəyir!
"Qalatasaray" maddi problemlərdən qurtula bilmir və durum çox ağırlaşıb. İş o yerə çatıb ki, sarı-qırmızılıların sponsorlarla münasibətlərində narazılıqlar yaranıb. Onlardan biri də Azərbaycanın SOCAR-ıdı.
Rekord.az xəbər verir ki, "Qalatasaray" ötən il iyulun 31-də tərəflər arasında imzalanan 3 illik müqaviləni pozmaq istəyir. Buna səbəb klubun daha çox pul verəcək sponsor tapmaq istəyidi. "Cim-bom"un Avropa matçlarında forma sponsoru olan SOCAR ildə 5 milyon avro ödəniş edir və artıq 2-ci ilin ödənişi edilib. Azərbaycan şirkəti üzərinə düşəni edir, maddi baxımdan çətinlik yaratmayıb. Klub isə anlaşmaya sadiqlik nümayiş etdirmir.
Məlumata görə, "Qalatasaray" qarşı tərəflə müqavilənin bu qışda pozulmasını və Azərbaycan şirkətinin alacaqlarından imtina etməsini istəyir. Bu yolla onlar bu mövsüm üçün ödənilən 5 milyon avronun yarısına qənaət etmək niyyəti güdür. Yəni SOCAR həm müqaviləni pozmalı, həm də klubun borclu olacağı 2,5 milyon avronu hədiyyə etməlidi. Təbii ki, bu təklif etik deyil və kluba çətin dövründə dəstək olmuş şirkətə qarşı yanlış davranış kimi qiymətləndirilir.