Türkiyənin “Qalatasaray” klubu gənc futbolçusu Yunus Akgünü icarəyə göndərib.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi 20 yaşlı hücumçunu 1-ci liqa təmsilçisi “Adana Dəmirspor”a icarəyə verib.

Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Akgün mövsümün sonuna qədər Adana təmsilçisinin uğurları üçün çalışacaq.

Yunus Akgün “Qalatasaray”ın öz yetirməsidir. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu 2018-ci ildən İstanbul təmsilçisinin əsas komandasında da forma geyinirdi.