"Qalatasaray" 26-cı dəfə Türkiyə çempionu oldu
- 09 May 2026 23:55
- 31
Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.
Rekord.az xəbər verir ki, turun qalibi "Antalyaspor"u məğlub edən "Qalatasaray" klubu olub.
Belə ki, matçda "sarı-qırmızılılar" 4:2 hesablı qələbə qazanıb. Bununla da klub mövsümün bitməsinə bir həftə qalmış çempionluğu təmin edib.
Beləliklə, komanda 26-cı dəfə Türkiyə çempionu olub.
"Fənərbaxça" isə "Konyaspor"dan üstün olub - 3:0. Nəticədə "sarı-lacivərdlilər" ikinci pillədə qərarlaşıblar.