Pyaniç karyerasını bitirdi
- 15:40
- 34
"Yuventus" (İtaliya) və "Barselona"nın (İspaniya) sabiq yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını bitirib.
Rekord.az "Tuttosport"a istinadən xəbər verir ki, futbolçu artıq oynamayacağını bildirib.
O, hazırda Dubayda yaşadığını, karyerasını başa vurduğunu və övladının tərbiyəsi ilə məşğul olacağını söyləyib.
35 yaşlı futbolçu karyerası ərzində "Mets", Lion “Olimpik"i (hər ikisi Fransa), "Roma", "Yuventus" (hər ikisi İtaliya), "Barselona" (İspaniya), "Beşiktaş" (Türkiyə) və "Şarca"nın (BƏƏ) şərəfini qoruyub. Pyaniç 2008-2024-cü illər ərzində Bosniya və Herseqovina millisinin heyətində meydana çıxdığı 115 oyunda 18 qolla yadda qalıb.