PSJ-nin futbolçusu “Qızıl oğlan” mükafatının sahibi oldu
- 04 Noy 2025 22:00
- 36
Fransanın PSJ klubunun hücumçusu Dezire Due "Qızıl oğlan" mükafatının sahibi olub.
Rekord.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan "Tuttosport" nəşri məlumat yayıb.
Ötən mövsümdə Due PSJ ilə birlikdə Fransa çempionu, ölkə kubokunun sahibi və Çempionlar Liqasının qalibi olub.
O, həmçinin 2024/2025 mövsümündə turnirin ən yaxşı gənc futbolçusu seçilib.
Futbolçu həmçinin Paris-2024-ün gümüş, 2025 Millətlər Liqasının isə bürünc mükafatçısıdır.
"Qızıl oğlan" mükafatı 2003-cü ildə "Tuttosport" qəzeti tərəfindən təsis edilib və hər il Avropanın aparıcı çempionatlarında çıxış edən 21 yaşdan kiçik futbolçulara təqdim olunur. 2024-cü ildə bu mükafatın sahibi "Barselona"nın ispaniyalı hücumçusu Lamin Yamal olmuşdu.