Bu gün UEFA Çempionlar Liqasının qalibi məlum olub.

Rekord.az xəbər verir ki, həlledici matçda PSJ "Arsenal"la üz-üzə gəlib.

Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik "Puşkaş Arena"da baş tutub. Oyunu almaniyalı FİFA referisi Daniel Zibert idarə edib.

PSJ və "Arsenal" UEFA turnirlərində ümumilikdə 8-ci dəfə üz-üzə gəlib. Buna qədər baş tutan 7 matçda komandalar hərəyə 2 qələbə qazanıblar. Qalan 3 oyun isə heç-heçə ilə nəticələnib.

Bu oyunda isə qələbə PSJ-yə qismət olub. Paris təmsilçisi penaltilər seriyasında sevinib. Bu komanda ötən mövsüm də ÇL-in qalibi olmuşdu.

UEFA Çempionlar Liqası
Final
30 may

PSJ (Fransa) - Arsenal (İngiltərə) 1:1 (penaltilər 4:3)
Qollar: Dembele, 65-pen - Haverts, 6.
Baş hakim: Daniel Zibert (Almaniya)

PSJ: Safonov, Markinyos, Paço, Mendes, Hakimi, Neves, Vitinya, Ruis, Due, Kvaratsxeliya, Dembele.
Arsenal: Raya, Saliba, Maqalyans, Lyuis-Skelli, Moskera, İnkapye, Trossard, Rays, Edeqor, Saka, Haverts.