Fransa çempionu PSJ ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Xuan Bernat zədələnib.

27 yaşlı ispan futbolçu Liqa 1 çərçivəsində ötən gün “Mets”ə qarşı keçirdikləri oyun zamanı ağır zədə alıb.

İspaniya yığmasının da üzvü olan futbolçunun zədəsi ciddi hesab olunur. Bunu oyundan sonra PSJ-nin baş məşqçisi Tomas Tuxel də təsdiqləyib.

Bernat PSJ-yə 2018-ci ildə “Bavariya”dan transfer olunub.