Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oyunu bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, "Qəbələ" - "Mingəçevir" matçı "SOCAR Polymer Arena" təşkil olunacaq.


Saat 18:30-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək. Qarşılaşmanı baş hakim Tural Qurbanov idarə edəcək.


Xatırladaq ki, "Qəbələ" cari mövsüm Misli Premyer Liqasını 11-ci, "Mingəçevir" isə I Liqanı 2-ci pillədə başa vurub.