Premyer Liqada oktyabrın ən yaxşıları məlum oldu
- 17:00
- 32
“Mançester Yunayted”in vingeri Brayan Mbeumo İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu seçilib.
Rekord.az xəbər verir ki, kamerunlu futbolçu ay ərzində üç oyunda üç qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Mükafat uğrunda mübarizədə Mbeumo “Aston Villa”dan Mett Keş, “Nyukasl”dan Bruno Gimarayeş, “Mançester Siti”dən Erlinq Haland, “Bornmut”dan Eli Junior Krupi, “Sanderlend”dən Nordi Mukiele, “Brentford”dan İqor Tyaqo və “Arsenal”dan Yuryen Timber kimi futbolçuları qabaqlayıb.
“Mançester Yunayted”in baş məqçisi Ruben Amorim də fərqlənənlər arasındadır. O, ötən ayın ən yaxşı məşqçisi seçilib.