
Premyer Liqa klubundan rekord məbləğə transfer
- 17 Avq 2025 18:00
- 44
“Brentford” “Bornmut”un vingeri Danqo Uattaranı transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı oyunçu ilə 5+1 illik müqavilə imzalanıb.
“Brentford” futbolçu üçün 42,8 milyon avro ödəyib. Bu, klub tarixində rekord məbləğə başa gələn transfer olub.
Uattara karyerası ərzində 137 oyuna çıxaraq 19 qol vurub və 17 qolun ötürməsini edib.