
Premyer Liqa klubunda yeni hücumçu
- 17:00
- 46
"Nottingem Forest" heyətinə yeni futbolçu qatıb.
Rekord.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Renn"də çıxış edən Arno Kalimuendo ilə müqavilə imzalanıb.
23 yaşlı hücumçunun sözləşməsinin müddəti 5 illikdir.
Kalimuendo 2024/2025 mövsümündə "Renn"də 34 matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.