"Bornmut"un yeni baş məşqçisi açıqlanıb.


Rekord.az xəbər verir ki, komandanı almaniyalı mütəxəssis Marko Rouz çalışdıracaq.


Məlumatı Premyer Liqa təmsilçisinin mətbuat xidməti yayıb.


Marko Rouz 2022-ci ilin sentyabrından 2025-ci ilin martına qədər Almaniyanın "Leypsiq"i çalışdırıb. 49 yaşlı mütəxəssisin rəhbərliyi ilə "Leypsiq" Almaniya kubokunun və Almaniya superkubokunun qalibi olub.