
Premyer Liqa klubunda istefa
- 18 Okt 2025 20:30
- 55
"Nottingem Forest" baş məşqçisi Angelos Postekoqlunu vəzifəsindən azad edib.
Rekord.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Klub bildirib ki, Postekoqlu bir sıra məyusedici nəticələrdən sonra dərhal vəzifəsindən azad edilib.
Premyer Liqanın 8-ci turunda "Nottingem Forest" evdə "Çelsi"yə 0:3 hesabı ilə uduzaraq bütün yarışlardakı qələbəsiz seriyasını 10 matça çatdırıb. Komanda hazırda 5 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Postekoqlu sentyabrın 8-də "Nottingem Forest"ə rəhbərlik etməyə başlamışdı.