AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 15-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Turan Tovuz” – “Sabah” oyununda “Sabah” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilib.


“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilib.


“Kəpəz” – “Qəbələ” oyununun 36-cı dəqiqəsində “Qəbələ” komandasının 12 nömrəli futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəza alıb, “Qəbələ” komandası 1000 manat cərimə edilib.


“Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib.


“Qarabağ” – “Araz-Naxçıvan” oyununun 2-ci hissəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” komandası 3000 manat cərimə edilib.


“İmişli” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 700 manat cərimə edilib.


“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilib.