
Portuqaliya - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
- 13:40
- 34
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya – Azərbaycan oyununun hakimləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, görüşü Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Bu barədə UEFA-nın saytı məlumat yayıb.
Baş hakim Konstantinos Fellas olacaq. Ona yan xətt hakimləri Pavlos Georgiu və Giorgios Çaralampus kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dmitris Solomu yerinə yetirəcək.
Sentyabrın 5-də keçiriləcək Portuqaliya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.