“Portu” 41 yaşlı ulduz futbolçusu ilə vidalaşdı
- 21 May 2026 23:00
- 36
Portuqaliyanın "Portu" klubu braziliyalı müdafiəçisi Tyaqi Silva ilə yolları ayırdığını rəsmən açıqlayıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "əjdahalar" 41 yaşlı futbolçunun başa çatan müqavilə müddətinin uzadılmayacağını bəyan ediblər.
Silva son mövsümdə "Portu"nun heyətində 14 matça çıxıb və Portuqaliya çempionu adını qazanıb.
Təcrübəli müdafiəçi karyerası ərzində İtaliyanın "Milan", Fransanın PSJ, İngiltərənin "Çelsi" və Braziliyanın "Fluminense" klublarında çıxış edib. O, 2005-ci ildə Rusiyanın "Dinamo" (Moskva) komandasının heyətində yer alsa da, heç bir rəsmi oyuna çıxmayıb.