1-ci Liqanın pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşib.


Rekord.az xəbər verir ki, 1-ci Liqanın 27-ci turunda səfərdə "Cəbrayıl"a 3:2 hesabı ilə qalib gələn "Şimal" xallarının sayını 20-yə çatdıraraq 9-cu sıraya yüksəlib.


Bununla da komanda sonuncu pillədən qurtularaq çempionatda qalmaq şansını saxlayıb.


Xaçmaz təmsilçisi cari mövsüm 2-ci Liqanı ikinci sırada başa vuran "Qaradağ Lökbatan"la pley-off görüşündə qarşılaşacaq.


1 matçdan ibarət olan qarşılaşmada qələbə qazanan tərəf 2026/2027 mövsümündə 1-ci Liqada çıxış etmək hüququ qazanacaq.


MOİK-lə qarşılaşan "Difai" kollektivi isə sonuncu turda rəqibinə 0:4 hesabı ilə uduzaraq turnir cədvəlinin ən axırıncı pilləsinə - 10-cu yerə enib və 1-ci Liqanı tərk edib.