“Planımız işə yaradı” – “Sumqayıt”ın məşqçisi
- 15 Dek 2025 21:21
- 45
“Sumqayıt”ın məşqçisi Şahin Abdullayev Misli Premyer Liqasının 15-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyun haqda danışıb.
Rekord.az xəbər verir ki, o, 2:2 hesablı heç-heçəni belə şərh edib:
“Gözlənilən kimi ağır oyun oldu. Motivasiya baxımdan “Neftçi”nin futbolçuları daha üstün idilər. Lakin bizim də bəlli bir planımız var idi. Bəzi futbolçuları ehtiyatda saxladıq. Onları 70-ci, 80-ci dəqiqədə buraxdıq və planımız işə yaradı.
Nadir oyunun ən yaxşı futbolçularından biri oldu. Lakin təcrübəsinə görə onun “Neftçi”yə qarşı oyunda çətinlik çəkəcəyini düşünürdük.
Biz 1-ci hissədə topu saxlaya bilmirdik. Fasilədə oyunçularımıza topu saxlamaları və daha sakit oynamaları tapşırıldı. 2-ci hissədə, 60-cı dəqiqədən etibarən oyunu ələ ala bildik”.