Avqustun sonuna PFL prezidenti postuna yeni seçkilər keçirilməlidir. Lakin görünən budur ki, heç bu seçkiyə ehtiyac qalmayacaq.

Rekord.az xəbər verir ki, buna səbəb Ramin Musayevə alternativ namizədin olmamasıdır.

Bu günə olan məlumatımız ondan ibarətdir ki, PFL prezidenti olmaq üçün namizədliyini irəli sürən yoxdur. Heç belə ehtimalın olmaq şansı da sıfıra bərabərdir. Daxil olan məlumata görə, Musayev heç bir etiraz etməsə yenidən PFL prezidenti postuna təsdiqlənəcək.