Futbol üzrə Niderland birinci divizionunda 9-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Dordrext”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib. Yarımmüdafiəçi 57-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Eyndhoven” hazırda 19 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.