"Oyunumuzdan razı qalmadım” - Saşa İliç
- 21:00
- 34
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:
“Oyunumuzdan razı olmasam da, uzun müddətdən sonra 3 xal qazandığımız üçün sevincliyik. Nikola Vinkoviç komanda üçün vacib oyunçudur. Lakin, bu gün onun da oyunundan razı qalmadım. Həm də 65-ci dəqiqədən sonra əvəzləmə onun yorulması ilə bağlı idi”.