Oyuna çıxmayan komandaya texniki məğlubiyyət verildi
- 15:20
- 35
AFFA U-14 Liqasında çıxış edən "Metak" komandasına texniki məğlubiyyət verilib.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar çıxarıb.
Komanda "Gəncə" ilə oyunda təyin olunan vaxtda meydanda olmayıb və bu səbəbdən görüş baş tutmayıb.
Beləliklə, "Metak"a 0:3 hesablı texniki məğlubiyyət alıb.