“Ordu” və “Lənkəran”dan qələbə
- 08 Yan 2026 23:48
- 44
Azərbaycan Basketbol Liqasında 12-ci tura start verilib.
Rekord.az xəbər verir ki, turun ilk oyun günündə B qrupunda iki görüş keçirilib.
Günün ilk matçında, Quba Olimpiya İdman Kompleksində "Ordu" "Quba"nı 116:111 hesabı ilə üstələyib.
Növbəti görüşdə isə "Lənkəran" "Sərhədçi" üzərində 72:69 hesablı qələbə qazanıb. Bu matç "Sərhədçi" İdman Mərkəzində keçirilib.
12-ci tura yanvarın 11-də yekun vurulacaq.