Azərbaycan Basketbol Liqasının 10-cu turunda daha bir görüş baş tutub.


Rekord.az xəbər verir ki, B qrupunda "Ordu" kollektivi "Lənkəran"la üz-üzə gəlib.


Bakı İdman Sarayında baş tutan oyun "Ordu"nun 84:72 hesablı qələbəsi ilə bitib.


Turun əvvəlki oyunlarında "Sərhədçi" "Sumqayıt"ı (86:83), "Naxçıvan" isə "Quba"nı (78:69) məğlub edib. 10-cu tura dekabrın 21-də yekun vurulacaq.