Azərbaycan Basketbol Liqasında 20-ci turun daha bir oyunu bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, günün yeganə matçında "Neftçi" NTD ilə üz-üzə gələcək.


Bakı İdman Sarayındakı qarşılaşma saat 19:00-da start götürəcək.


"Neftçi" A qrupunda 28 xalla dördüncü, NTD 22 xalla beşinci pillədə qərarlaşıb.


Qeyd edək ki, tura martın 31-də yekun vurulacaq.