“Bayern"in qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb.


Rekord.az xəbər verir ki, o, bu uğura Bundesliqasının 7-ci turunda "Borussiya"ya 2:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.


Təcrübəli qolkiper ölkə çempionatında qazandığı 363-cü qələbə ilə sabiq komanda yoldaşı Tomas Müllerin (362) göstəricisini geridə qoyub.


Beləliklə, 39 yaşlı Noyer Bundesliqa tarixində ən çox qələbə qazanan futbolçu adını qazanıb.