
Neymarın komandası baş məşqçisini istefaya göndərdi
- 12:40
- 36
Braziliyanın "Santos" komandasının baş məqşçisi Kleber Xavyer istefaya göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A Seriyası təmsilçisi "Vasko da Qama"ya 6 cavabsız qolla uduzduğu görüşdən sonra mütəxəssislə vidalaşıb.
"Santos"da Braziliya millisinin üzvü Neymar da çıxış edir. Komanda 19 oyundan sonra 21 xalla 15-ci pillədə qərarlaşıb.