Braziliyanın "Santos" klubunun futbolçusu Neymar menisk zədəsi aldığı üçün 2026-cı ilədək oyunlara çıxa bilməyəcək.


Rekord.az xəbər verir ki, bu barədə yerli "Globo" nəşri məlumat yayıb.


33 yaşlı hücumçu A Seriyasının XXXV turunda "İnternasional"la matç ərəfəsində sol dizində ağrı hiss edib və qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb.


Ulduz oyunçunun növbəti görüşdə sıraya dönəcəyi gözlənilsə də, zədəsi ciddi olub. Nəticədə Neymar A Seriyasında qalmaq uğrunda mübarizə aparan komandasına son üç matçda kömək edə bilməyəcək.


Qeyd edək ki, Neymarın "Santos"la müqaviləsinin müddəti cari ilin sonunda başa çatacaq.