Samir Abasovun gələcək planlarına daxil olmayan futbolçulardan biri də Rinosuke Ohoridir.

Rekord.az-a daxil olan məlumata görə, yaponiyalı futbolçunun yenidən ölkəsinə dönmək ehtimalı var.

Onun, Yaponiyanın 1 liqa klublarından birinə icarəyə verilməsi istisna olunmur. Ümumiyyətlə, futbolçuya ən pis halda yaxın 1 ay ərzində özünə icarə qaydasında çıxış edəcək klub tapmaq tövsiyyə olunub.