
“Neftçi”nin yeni transferi Bakıda müayinədən keçdi
- 18:20
- 44
“Neftçi”nin yeni transferi Vensan Abubakar “Liv Bona Dea Hospital”da ümumi müayinədən keçib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kamerunlu hücumçudan kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM, MRT, EKQ, EXO, stress test edilib.
Futbolçunun sağlamlığında heç bir problem aşkarlanmayıb.