"Neftçi" bu gün Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Minsk "Dinamo"sunu qəbul edəcək.

Rekord.az xəbər verir ki, 10200 nəfərlik tutumu olan "Neftçi Arena"da oynanılacaq matç üçün təxminən 9500 bilet satışa çıxarılıb.

Artıq bu biletlərdən 8 mini satılıb. Yerdə qalan 1500-ə yaxın biletin də oyun saatına kimi satılacağı gözlənilir. Bu isə o anlama gəlir ki, matç saatında tribunalar tam dolu olacaq.