“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi bəlli oldu
- 02:01
- 17
"Neftçi"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" bu raundda "Dinamo" (Minsk, Belarus) kollektivi ilə üz-üzə gələcək.
Belarus təmsilçisi 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" komandasını mübarizədən kənarlaşdırıb. İlk oyunda 0:1 hesabı ilə məğlub olan "Dinamo" cavab görüşündə 1:0 hesablı qələbə qazanaraq qarşılaşmanı əlavə vaxta daşıyıb. Penaltilər seriyasında isə rəqibini 6:5 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin matçları iyulun 23-də və 30-da keçiriləcək.