
“Neftçi”ni azarkeşləri və məşqçisi ziyana saldı
- 15:40
- 48
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 7-ci turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“Zirə” – “Neftçi” oyununun 90+7-ci dəqiqəsində “Zirə” klubunun 17 nömrəli futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zirə” klubu 500 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununda VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə “Zirə” klubu 1000 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə “Neftçi” komandası 10000 manat cərimə edilib.
“Zirə” – “Neftçi” oyununun 90+5-ci dəqiqəsində “Neftçi” komandasının məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Neftçi” klubu 5000 manat cərimə edilib.
“Sumqayıt” – “Turan Tovuz” oyununda “Sumqayıt” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sumqayıt” 700 manat cərimə edilib.
“Qəbələ” – “Şamaxı” oyununda “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” klubu 700 manat cərimə edilib.